Xidmət rəisi: "Bakı metrosu sərnişin sayının ikiqat artımına hazır deyil"

Xidmət rəisi: "Bakı metrosu sərnişin sayının ikiqat artımına hazır deyil"
# 20 sentyabr 2017 12:11 (UTC +04:00)

"Bakı Metropoliteni" QSC sərnişin sayının 2-3 dəfə artmasına hazır deyil".

"APA-Economics" xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin Hərəkət xidmətinin rəisi Etibar İsayev "Caspian European Club"da keçirilən biznes-forum zamanı müvafiq sualı cavablandırarkən bildirib.

"Sərnişinlərin sayının 2-3 dəfə artması böyük rəqəmdir. Biz buna hələlik hazır deyilik. Amma sərnişin sayı artdıqca buna müvafiq tədbirlər görəcəyik", - deyə xidmət rəisi qeyd edib.

Qurum rəsmisinin sözlərinə görə, cari ilin əvvəlindən ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınan sərnişinlərin sayı 7 mln. nəfər artıb: "Təbii ki, sərnişinlərin sayı artdığı üçün biz sentyabrın 18-dən qatarların hərəkətində yeni qrafik tətbiq etdik. Sərnişinlərin sayı artdıqca qatarların sayını və qatarlar arasındakı intervalı tənzimləyirik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR