“Boko Haram” silahlıları 400-dən çox qadın və uşağı girov götürüb

“Boko Haram” silahlıları 400-dən çox qadın və uşağı girov götürüb
# 24 mart 2015 18:40 (UTC +04:00)

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, insident Nigeriyanın şimal-şərqində, Nigerlə həmsərhəd Damasak şəhərində baş verib.

Bəzi məlumatlara görə, girov götürülənlərin sayı 500-dən çoxdur. Terrorçular hücum zamanı 50-dək silahsız dinc sakini qətlə yetirib.

Qeyd edək ki, hökumət qüvvələri ölkənin şimal-şərq hissəsində xeyli ərazini nəzarətə alıb. Terrorçuların nəzarətində 3 rayon qalmaqdadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR