"Bank BTB" ötən ili 12 mln. manat zərərlə başa vurub

"Bank BTB" ötən ili 12 mln. manat zərərlə başa vurub
# 12 iyul 2017 09:37 (UTC +04:00)

"Bank BTB" ASC ötən il aktivlərini 239,270 mln. manata çatdırıb ki, bu da 2015-ci illə müqayisədə 14,77% çoxdur.


"APA-Economics" bankın açıqladığı audit hesabatına istinadən xəbər verir ki, il ərzində bankın kredit portfeli 27,38% artaraq 127,872 mln. manat təşkil edib.


Ötən ilin sonuna bankın öhdəlikləri 26,94% artaraq 202,774 mln. manat, depozit portfeli isə 16,29% azalaraq 80,939 mln. manata çatıb.


Hesabat dövrünün sonuna "Bank BTB"-nin nizamnamə kapitalı dəyişməyərək 52 mln. manat qalıb. Cəmi kapital isə il ərzində 25,12% azalaraq 36,496 mln. manat təşkil edib.


Bank ötən ili 12,241 mln. manatlıq zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR