Bakıda Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığın 25 illiyi qeyd olunub

Bakıda Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığın 25 illiyi qeyd olunub
# 30 noyabr 2016 18:10 (UTC +04:00)

Böyük Britaniyanın Azərbaycandakı səfirliyində Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Ema Nikolsonun Azərbaycana səfəri və Böyük Britaniyanın Azərbaycanın müstəqilliyini tanımasının 25 illiyi ilə bağlı qəbul təşkil edilib.

APA-nın məlumatına görə, qəbulda çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Kroft 25 ərzində əlaqələrin artıq cəmiyyətin bütün sahələrini əhatə etdiyini bildirib.

O, Azərbaycanla əlaqələri daha da inkişaf etdirməyin yollarını tədqiq etmək üçün Baronessa Nikolsonu 25 şirkətdən ibarət ticarət missiyası müşayiət etdiyini bildirib. Səfir iki ölkə arasında əlaqələrin dostluq və əməkdaşlıq ruhunda inkişaf etdiyini bildirib.

Daha sonra tədbirdə çıxış edən xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Britaniya hökumətinin 25 il əvvəl Azərbaycanın müstəqilliyini tanımaqla bağlı qərarının Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini deyib. O bildirib ki, bu addım diplomatik əlaqələri qurmaq və bütün sahələrdə əlaqələri inkişaf etdirmək imkanı verib: "Bu müddət ərzində əlaqələri inkişaf etdirdik. İlk növbədə, bu neft bə qaz sahəsində baş verdi. Britaniya şirkətləri Azərbaycana gəldi. Hazırda Azərbaycan iqtisadi islahatlar keçirir, iqtisadiyyatın diversifikasiyası siyasəti yürüdür ki, iqtisadiyyatın neftdən asılılığını azaltsın. Ümid edirik ki, gələcək əməkdaşlığımız daha güclü, daha dərin və xalqlarımız üçün faydalı olacaq".

Daha sonra çıxış edən baronessa Nikolson Böyük Britaniyanın Azərbaycanın müstəqilliyini tanıyan 5-ci ölkə olduğunu bildirib. O, Azərbaycan üzrə ticarət elçisi olmaqdan məmnunluğunu bildirib. Onun sözlərinə görə, ölkəsinin əvvəlki baş naziri Azərbaycanla əlaqələrin inkişafı üçün onu ticarət elçisi təyin edib və yeni baş nazir də bu vəzifənin əhəmiyyətini anlayır. Baronessa Azərbaycanla bu istiqamətdə əlaqələrin inkişafı üçün çalışdığını və bu gün Azərbaycana prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və vergilər naziri ilə görüşdüyünü qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR