Bakıda gənc mübahisə zəminində bıçaqlanıb

Bakıda gənc mübahisə zəminində  bıçaqlanıb
# 24 dekabr 2019 01:56 (UTC +04:00)

Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə metronun "Nəriman Nərimanov" stansiyasının yaxınlığında qeydə alınıb.

1986-cı il təvəllüdlü Quliyev Rüstəm Cəbrayıl oğlu tanımadığı şəxslə mübahisə zəminində bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR