Cəbhədə monitorinq keçirən ATƏT nümayəndələri Tərtər rayon İH başçısı ilə görüşüblər

Cəbhədə monitorinq keçirən ATƏT nümayəndələri Tərtər rayon İH başçısı ilə görüşüblər
# 24 yanvar 2017 07:41 (UTC +04:00)

Bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Tərtərin Qapanlı kəndi istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinq keçirilir.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, monitorinqi izləmək üçün bölgəyə gələn ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Saymon Tiller və Piter Şverdberq əvvəlcə Tərtər Rayon İcra hakimiyyətinə gələrək rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər.

Rayon İH başçısı ATƏT nümayəndələrinə cəbhəyanı kənd sakinlərinin uzun illərdir erməni hərbi birləşmələri tərəfindən atəşə tutulması, dinc əhalinin təsərrüfat işlərini aparmasına imkan verilməməsi barədə məlumat verib.

Qeyd edib ki, təkcə bu ilin yanvar ayında ermənilər Tərtər istiqamətində 385 dəfə atəşkəsi pozub.

Görüşdən sonra ATƏT nümayəndələri cəbhədəki vəziyyəti müşahidə etmək üçün qoşunların təmas xəttinin keçərək Ağdərə istiqamətinə yollanıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR