Macarıstanda Azərbaycan və Macarıstan hökumətləri arasında Birgə Komissiyanın iclası keçiriləcək

Macarıstanda Azərbaycan və Macarıstan hökumətləri arasında Birgə Komissiyanın iclası keçiriləcək
# 09 aprel 2015 15:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Jolt Çutoranı qəbul edib.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyi, əlaqələrin genişləndirilməsində qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb, Azərbaycan və Macarıstan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyətindən danışılıb.

Bildirilib ki, aprelin sonunda Macarıstanda Birgə Komissiyanın növbəti iclasının keçirilməsi nəzərdə tutulur. Görüşdə Birgə Komissiyanın növbəti iclasına hazırlıq məsələləri müzakirə edilib, Azərbaycan və Macarıstan arasında iqtisadi əlaqələrin genişləndirilməsi, iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən hava nəqliyyatı, tikinti, əczaçılıq, ekologiya və s. sahələrdə əməkdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR