Binəqədi rayonunun qaz təchizatı məhdudlaşdırılır

Binəqədi rayonunun qaz təchizatı məhdudlaşdırılır
# 15 aprel 2015 07:04 (UTC +04:00)

Bakı - APA-Economics. Bu gün Bakının Binəqədi rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, qaz xətlərinin yerinin dəyişdirilməsi və yeni çəkilmiş qaz xəttinin mövcud mənbəyə birləşdirilməsi ilə əlaqədar bu gün saat 10:00-dan işlər başa çatanadək Binəqədi rayonunun 6-cı, 7-ci, 8-ci və 9-cu mikrorayonlara, həmçinin Motodrom yaşayış massivinə, M. Rəsulzadə və Biləcəri qəsəbələrinə təbii qazın verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR