Qətl törədən şəxsə hökm oxunub

 Qətl törədən şəxsə hökm oxunub
# 03 sentyabr 2015 13:10 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Elxan Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə E. Cəfərov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Nardaran ərazisində qəsəbə sakinləri 1967-ci il təvəllüdlü Elxan Cəfərov ov tüfəngi ilə atəş açaraq 1957-ci il təvəllüdlü Süleyman Nuruzadəni münaqişə zəminində qətlə yetirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR