Ötən il Gürcüstandan 32 Azərbaycan vətəndaşı deportasiya edilib

Ötən il Gürcüstandan 32 Azərbaycan vətəndaşı deportasiya edilib
# 31 yanvar 2020 12:19 (UTC +04:00)

Ötən ilin sonuncu rübündə Gürcüstan 11 Azərbaycan vətəndaşını deportasiya edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) hesabatında məlumat verilib.

Hesabatda bildirilib ki, deportasiya edilən Azərbaycan vətəndaşlarının 7-si qadın, 4-ü isə kişi olub. Onların 9-u 18 yaşdan kiçik, 2-si isə 41-65 yaş aralığından olub.

Bununla da ötən il Gürcüstandan deportasiya edilən Azərbaycan vətəndaşlarının sayı 32 nəfərə çatıb.

Ötən ilin 4-cü rübündə Gürcüstandan ümumilikdə 36 nəfər deportasiya edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR