Bakıda mağazadan oğurluq edən şəxs tutulub - VİDEO

Bakıda mağazadan oğurluq edən şəxs tutulub - <span style="color: red;">VİDEO
# 30 mart 2015 03:11 (UTC +04:00)

APA-nn məlumatına görə, paytaxt sakini Hacıyev Ruslan Aydın oğlu 39-cu polis bölməsinə müraciət edərək işlədiyi mağazadan mobil telefonun oğurlanması ilə bağlı məlumat verib.

Polisin əməliyyatı nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1989-cu il təvəllüdlü Cəlilov Elçin İlqar oğlu saxlanılıb. Polis şöbəsində ilkin dindirilmə zamanı o, cinayəti boynuna alıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsində cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR