Səfir: “Azərbaycan-Belarus Hökumətlərarası Komissiyanın iclası keçiriləcək”

Səfir: “Azərbaycan-Belarus Hökumətlərarası Komissiyanın iclası keçiriləcək”
# 26 fevral 2015 12:01 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA. Azərbaycan prezidenti İlham Əliyevin Belarusa rəsmi səfəri nəzərdə tutulur.

Bunu Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç APA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, gələn ay martın 10-da Azərbaycan-Belarus Hökumətlərarası Komissiyanın iclası keçiriləcək: “Artıq komissiyanın iclası ilə bağlı proqram dəqiqləşdirilir. Belarus tərəfdən baş nazir Vladimir Semaşko, Azərbaycan tərəfdən isə baş nazirin müavini Yaqub Əyyubovun başçılıq etdiyi komissiya tərəfindən bir sıra məsələlər müzakirə olunacaq. Müzakirə olunacaq məsələlər arasında prezident İlham Əliyevin Belarusa səfəri zamanı imzalanacaq sənədlərin hazırlanması da var”.

N. Patskeviç deyib ki, səfərin vaxtı hələlik dəqiqləşdirilməyib: “Səfər ilin sonuna qədər baş tutacaq. Səfər zamanı bir çox müxtəlif sazişlərin imzalanması nəzərdə tutulur. İki ölkə arasında əməkdaşlığın bir sıra məsələləri müzakirə olunacaq. Komissiya gələn ay bu sənədlərin hazırlanması ilə bağlı iclasını təşkil edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR