Azərbaycanda elektrik enerjisi istehsalı 2,2% artıb

Azərbaycanda elektrik enerjisi istehsalı 2,2% artıb
# 18 iyul 2017 07:55 (UTC +04:00)

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 846 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.


Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2016-cı ilin 6 ayı ilə müqayisədə 0,9%-lik artım müşahidə olunub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 1,5% azalaraq 141 mln. manat təşkil edib.

Ötən 6 ay müddətində Azərbaycanda 11 199,6 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2016-cı ilin 6 ayı ilə müqayisədə 2,2% çoxdur.

Bunun 1 055,9 kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2016-cı ilin 6 ayı ilə müqayisədə 1,4% azdır.

Bunun 9 648,3 kVt/saatı istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2016-cı ilin 5 ayı ilə müqayisədə 3% çoxdur.

Yarımillikdə Azərbaycanda 8 kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2016-cı ilin 6 ayı ilə müqayisədə 13% azdır.

Cari il ərzində ölkədə 19,3 kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da 2016-cı ilin 6 ayı ilə müqayisədə 18,9% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR