Bakı-Şamaxı-Yevlax avtomobil yolunda aparılan təmir işləri yekunlaşmaq üzrədir - FOTO

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda aparılan təmir işləri yekunlaşmaq üzrədir - <span style="color: red;">FOTO
# 03 sentyabr 2015 12:36 (UTC +04:00)

Bakı - APA-Economics. Uzun müddətdir ki, təmir olunmadığı üçün yolun hərəkət hissəsi sıradan çıxan Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 160-172-ci kilometrlik hissəsində aparılan cari təmir işləri yekunlaşmaq üzrədir.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, sözügedən ərazidə yolun hərəkət hissəsi yeni asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilib.

Bundan sonra yolun ümumilikdə 13 min kvadrat metr sahəsinə yeni asflat-beton örtüyü döşənib. Aparılan təmir işləri zamanı hərəkət hissəsinin eni 7,5 metr olan yolun çiyinlərində də bərkidilmə aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR