Rusiyada yeni yaradılan Millətlərlə İş üzrə Federal Agentliyinə rəhbər təyin olunub

Rusiyada yeni yaradılan Millətlərlə İş üzrə Federal Agentliyinə rəhbər təyin olunub
# 02 aprel 2015 12:50 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiyada yeni yaradılan Millətlərlə İş üzrə Federal Agentliyinə rəhbər təyin olunub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiyanın baş naziri Dmitri Medvedev bu gün Nazirlər Kabinetinin iclasında bildirib.

Baş nazir agentliyə İqor Barinovun təyin olunduğunu söyləyib.

D. Medevedev bildirib ki, Millətlərlə İş üzər Federal Agentliyinin yaradılması çöx önəmlidir: "Rusiya çoxmillətli dövlətdir. Yeni yaradılan agentlik millətlərarası münasibətlərin tənzimlənməsində mühüm rol oynayacaq".

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin keçən ay milli birlik problemlərinin həlli və konfessiyalararası dialoqun yaradılması üçün Millətlərlə İş üzrə Federal Agentliyin yaradılması haqqında sərəncam imzalayıb.

Agentliyə rəhbər təyin olunan İ. Barinov Rusiya Dövlət Dumasının deputatıdır. 1990-cı illərdə Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı olan İ. Barinov Dumanın Müdafiə məsələləri komitəsi sədrinin müavinidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR