Neftçalada qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub

Neftçalada qızıl-zinət  əşyaları oğurlayan şəxs tutulub
# 06 fevral 2018 13:27 (UTC +04:00)

Neftçala rayonunda evdə külli miqdarda qızıl-zinət əşyaları oğurlanıb.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, Neftçala şəhər sakini, Dünyamalıyev Elşən Musa oğlu polis şöbəsinə evindən qızıl-zinət əşyaları oğurlanması barədə ərizə ilə müraciət edib. Araşdırma zamanı məlum olub ki, adı çəkilən şəxsin Neftçala şəhərində yerləşən fərdi yaşayış evinin pəncərəsindən evə daxil olan oğrular oradan 3940 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb. Aparılan istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, oğurluq edən şəxs Neftçala şəhər sakini, 1995-ci il təvəllüdlü Məmmədov İdrak Əlitürbə oğludur.

İdrak Məmmədov polis tərəfindən saxlanılıb.

Faktla bağlı Neftçala rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR