ETSN: Zabrat və Məhəmmədi göllərində suyun səviyyəsi azalmayıb

ETSN: Zabrat və Məhəmmədi göllərində suyun səviyyəsi azalmayıb
# 28 mart 2017 13:09 (UTC +04:00)

“Abşeron göllərində, əsasən Zabrat və Məhəmmədi göllərində suyun səviyyəsi azalmayıb. Göllərdən kənara axın olmadığından səviyyə əvvəlki vəziyyətdədir. Subasmalar, evlərin, zirzəmilərin su ilə dolması halları qalmaqdadır”.

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. Ekspedisiya rəisi qeyd edib ki, Məhəmmədi gölündə suyun səviyyəsinin sabit saxlanılması üçün mütləq kollektor olmalıdır: “Bu olmasa, göldə suyun səviyyəsi daha da çoxalacaq. Məhəmmədi gölünün suyu hər hansı bir yerə axmır. Gölün qarşısı açıq olmalıdır ki, su getsin. Əksinə, hər gün gölə kanalizasiya suları axıdılır. Hazırda da buxarlanma yoxdur. Əvvəllər göldə suyun səviyyəsi qalxanda su ötürücülərlə vasitəsi ilə dənizə axıdılıb. Buna görə göldə suyun səviyyəsi sabit qalıb. Sonradan isə su ötürücü kanalın ağzı örtülüb, gölün axarı kəsilib, göl də təbii olaraq dolmağa başlayıb”.

Qeyd edək ki, Bakı İstintaq Təcridxanası Məhəmmədi gölünün yaxınlığında yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR