“İpək Yolu Sığorta” ötən ili mənfəətlə başa vurub

“İpək Yolu Sığorta” ötən ili mənfəətlə başa vurub
# 02 aprel 2015 08:18 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci ilin yanvarın 1-nə “İpək Yolu Sığorta” ASC-nin aktivləri 28 843 087,10 manat təşkil edib ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 30,58% çoxdur.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə şirkətin məcmu kapitalının həcmində də artım qeydə alınıb. Belə ki, müqayisə olunan dövrdə şirkətin məcmu kapitalı 27,50% artaraq 18 878 451,67 manat olub.

2014-cü ildə şirkətin cəmi gəlirləri 22 323 523,00 manat, cəmi xərcləri isə 17 257 464,54 manat təşkil edib. Şirkət ötən ili 4 052 846,77 manatlıq xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR