Bakı məktəblərinin saytları istifadəyə verilir

Bakı məktəblərinin saytları istifadəyə verilir
# 06 aprel 2015 13:14 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bakı Şəhəri üzrə Təhsil İdarəsi ictimaiyyətin ümumtəhsil müəssisələrinin fəaliyyəti ilə bağlı məlumat əldə etmək imkanlarının genişləndirilməsi məqsədilə tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbləri, lisey və gimnaziyaların vahid formada saytlarını istifadəyə verir.

Təhsil İdarəsindən APA-ya verilən xəbərə görə, saytlar vasitəsilə məktəbin nailiyyətləri, rəhbərlik və pedaqoji kollektiv haqqında, məktəbdə baş verən yeniliklər və tədbirlər barədə informasiya əldə etmək mümkündür.

Maraqlanan şəxslər www.bakimektebleri.edu.az portalına daxil olmaqla ayrı-ayrı məktəblərin saytları ilə tanış ola bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR