MTRŞ: Telekanallarda reklamlarla bağlı problemlər hələ də qalmaqdadır

MTRŞ: Telekanallarda reklamlarla bağlı problemlər hələ də qalmaqdadır
# 10 aprel 2015 15:58 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Telekanallarda reklamlarla bağlı problemlər hələ də qalmaqdadır.

APA-nın xəbərinə görə, bu barədə Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən 2014-cü ilin son və 2015-ci ilin ilk rübündə aparılmış monitorinqlərin nəticələrində qeyd olunub. Monitorinqlərin nəticələrinə əsasən, reklamlarla bağlı problemlər daha çox “Televiziya və radio yayımı haqqında” Qanunda müəyyən olunmuş reklam blokları arasındakı 15 dəqiqəlik intervala əməl olunmaması, reklamın bir saat düşən həcminin maksimal 12 dəqiqəlik həddi ötməsi, bədii filmlərin 45 dəqiqədən tez reklamla kəsilməsi və s. şəkildədir: “Bütün bunlar milli efirimizin problemlərinin yalnız müəyyən qismidir".

Sənəddə bildirilir ki, son illər ölkə rəhbərinin yeritdiyi düzgün siyasət nəticəsində hazırda Azərbaycan özünün yüksək inkişaf göstəriciləri ilə dünyanın aparıcı dövlətlərindən birinə, regionun isə şəriksiz liderinə çevrilib: "Bu, milli yayımçıların da üzərinə böyük məsuliyyət qoyur. Dövlətin apardığı uğurlu strategiyanın informasiya və təbliğatı baxımdan tamamlanması missiyası milli yayımçıların üzərinə düşür. Erməni lobbisi uzun illərdir, bütün dünyada Azərbaycana qarşı çirkin kampaniya aparır. Bu kampaniyanın qarşısının alınmasında və milli maraqların təmin olunmasında teleradio yayımçılarının böyük rolu var. Bu rol çoxaspektlidir. Məsələn, bir müddət əvvəl aktual olan “xalq diplomatiyası” adlı kampaniyanın mahiyyəti, taktikası və qarşısına qoyduğu məqsəd hər kəsə bəlli oldu. Lakin təəssüf ki, bu məkrli oyuna milli yayımçılarımızdan da bilərəkdən və ya bilməyərəkdən qoşulanlar oldu. Efirində erməni musiqisi səsləndirməklə guya musiqinin sərhəddi yoxdur prinsipinə “sadiqlik” nümayiş etdirənlər çox ciddi ictimai məzəmmətlə üzləşdilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR