ÜST: QİÇS-ə yoluxma halları Avropada ilk dəfə 2 milyonu keçib

ÜST: QİÇS-ə yoluxma halları Avropada ilk dəfə 2 milyonu keçib
# 01 dekabr 2016 10:42 (UTC +04:00)

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilk dəfə olaraq Avropa regionunda QİÇS-ə yoluxma hallarının ümumi sayının 2 milyonu keçdiyini açıqlayıb. ÜST-nin Azərbaycandakı Nümayəndəliyindən APA-ya verilən xəbərə görə, hesabatda bildirilib ki, 2015-ci ildə 153000-dən çox yeni QİÇS-ə yoluxma halının qeydə alınması bu rəqəmi artırıb. Bu, əvvəlki ilə nisbətən 7% artım, 1980-ci ildən sonra ən yüksək illik göstəricidir.

Qeyd olunub ki, bütün səylərə baxmayaraq, İİV Avropa Regionunda, əsasən də şərq hissəsində əsas ictimai narahatlıq doğuran sahələrdən biridir.

ÜST-nin Avropa Regional müdiri Zsuzsanna Cakab bildirib ki, bu kritik vəziyyəti həll etmək üçün 2016-ci ilin sentyabrında bütün Avropa ölkələrinin təsdiq etdiyi yeni fəaliyyət planı həyata keçirilib: “İndi isə biz ölkə liderlərini bu planı istifadə etməklə QİÇS epidemiyasını ləğv etmək və 2030-cu ilədək bu xəstəliyə sona çatdırmaq üçün İİV-ə qarşı regionda təcili, sürətləndirilmiş və innovativ cavablardan istifadə etməyə çağırırıq. Bu plan, 2020-ci ilə kimi 3 iddialı 90-90-90 hədəfinə nail olmaq üçün ölkələrə konkret tədbirlər müəyyən edir. İİV-lə yaşayan insanların 90%-i İİV statusunu bilir, İİV diaqnozu qoyulan insanların 90%-i müalicə alır və müalicə alan insanların 90%-i virusun zəiflədilməsinə nail olur. Bu məqsədlərə nail olmaq üçün hər bir ölkə yerli epidemiyaya dair profilaktik test, müalicə və qayğı müdaxilələrinin vacib paketini müəyyən etməli və həyata keçirməlidir”.

İİV epidemiyasının nümunələri və istiqamətləri regionlar üzrə dəyişir. 27 022 yeni İİV-ə yoluxma halı qərbi Avropa ölkələrində olub (18%). Bu son 10 ildə heç bir ciddi eniş göstərmir. 5297 yeni İİV halları mərkəzi Avropa ölkələrində olub. (3%). Bu 10 il əvvəl ilə müqayisədə əhəmiyyətli bir artım olsa da, epidemiya intensivliyi ərazidə aşağı olaraq qalır. 121 088 yeni İİV halları isə şərqi Avropada olub. Bu 10 ildə iki dəfəyədək artıb. Bu ərazidə QİÇS hallarının sayı 10 ildə 80%-dək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR