İŞİD-in "mühasibi" xəzinədən milyonlarla dolları oğurlayaraq İraqdan qaçıb

İŞİD-in "mühasibi" xəzinədən milyonlarla dolları oğurlayaraq İraqdan qaçıb
# 06 noyabr 2016 04:52 (UTC +04:00)

İŞİD-in 5 yüksək rütbəli komandiri qruplaşmanın xəzinəsindən milyonlarla dollar oğurlayaraq İraqın Naynava əyalətindən qaçıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Əs-Sumariyyə” telekanalı məlumat yayıb.

Məlumata görə, oğurlanmış vəsaitlər silahlılara məvaciblərin ödənilməsi üçün nəzərdə tutulmuşdur.

“Qruplaşmanın mühasibi kimi tanınan Əbu Əl Bara Əl-Kahtani və 4 yüksək rütbəli komandir milyonlarla dolları oğurlayaraq qaçıblar”, - deyə mənbə bildirib.

Komandanlıq onların tutularaq edam edilməsinə dair göstəriş verib. Məlumata görə, xəzinədən oğurluq edən silahlılar Təl-Əfər şəhərinə, oradan Əl-Baac şəhərinə, daha sonra isə Suriya ərazisinə keçiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR