Türkiyədə idmançıları daşıyan mikroavtobus aşıb, 2 nəfər ölüb, 15 nəfər yaralanıb

Türkiyədə idmançıları daşıyan mikroavtobus aşıb, 2 nəfər ölüb, 15 nəfər yaralanıb
# 02 dekabr 2019 04:26 (UTC +04:00)

Türkiyənin Yozqat şəhərində ağır-yol nəqliyyat hadisəsi baş verib.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, Ordu şəhərindən Yozqata gedən mikroavtobus idarəetmədən çıxaraq aşıb.

Hadisə nəticəsində avtobusda olan sərnişinlərdən 2 nəfər ölüb, 15 nəfər yaralanıb.

Qeyd edək ki, avtobusda olan sərnişinlər Ordu şəhər Gənclər Birliyi Qadın Həndbol komandasının üzvləri olub. İdmançılar Yozqat şəhərində keçirilən turinirə gedirmiş.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR