Kriştianu Ronaldu vurduğu qolların sayına görə yeni rekorda imza atıb

Kriştianu Ronaldu vurduğu qolların sayına görə yeni rekorda imza atıb
# 11 mart 2015 04:13 (UTC +04:00)

Bakı-APA. “Real”ın hücumçusu, portuqaliyalı futbolçu Kriştianu Ronaldu qitə miqyaslı klub turnirlərində vurduğu qolların sayına görə yeni rekorda imza atıb. APA-nın məlumatına görə, Ronaldu vurduğu qollarının sayını 77-ə çatdırıb və bu göstəriciyə görə “Real”ın sabiq hücumçusu Raul Qonzalesi və “Barselona”ın argentinalı forvardı Lionel Messini geridə qoyub.

Xatırladaq ki, Ronaldu Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində “Şalke” ilə matçda dubl edib. “Real” “Şalke”yə 3:4 hesabı ilə uduzsa da, 1/4 finala vəsiqə qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR