Beyrutda qəzada ölmüş azərbaycanlı idmançının cənazəsi Naxçıvana yola salınıb

Beyrutda qəzada ölmüş azərbaycanlı idmançının cənazəsi Naxçıvana yola salınıb
# 08 sentyabr 2017 16:57 (UTC +04:00)

Livanda yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirmiş Azərbaycan vətəndaşı Xəzər Əliyevin cənazəsi bu gün Türk Hava Yollarının Beyrut-İstanbul-Naxçıvan reysi ilə Azərbaycana yola salınıb. Bu barədə APA-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın Livandakı səfirliyinin Konsulluq münasibətlərinə dair Vyana konvensiyasına uyğun olaraq atdığı addımlar, Livanın dövlət strukturları, vəkillər və mərhuma ilkin yardım göstərmiş xəstəxana ilə apardığı danışıqlar nəticəsində cənazənin Azərbaycana yola salınması təmin olunub.

Cənazəni mərhumun anası Məlahət Həsənova müşayiət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR