ABŞ-da 100 yaşlı kişi həyat yoldaşını baltaladıqdan sonra özünü öldürüb

ABŞ-da 100 yaşlı kişi həyat yoldaşını baltaladıqdan sonra özünü öldürüb
# 07 aprel 2015 07:06 (UTC +04:00)

APA-nın “NBS News”a istinadən verdiyi məlumata görə, hadisə Elmvud Park şəhərindəki evlərdən birində, aprelin 5-də gecə baş verib.

Hüquq-mühafizə orqanlarının nümayəndələri hadisə yerinə yetişəndə iki cəsədlə qarşılaşıblar. Qadının cəsədi yataq, kişinin cəsədi isə hamam otağında tapılıb. Polis Maykl Caskinin həyat yoldaşı Rosalia Caskini yuxuda olarkən öldürdüyünü, ardınca isə özünü bıçaqla vuraraq intihar etdiyini güman edir.

İstintaqçılar polis əməkdaşlarını hadisə yerinə cütlüyün qohumlarından birinin çağırdığını müəyyən edib. Ehtimala görə, hadisə zamanı evdə ər-arvaddan başqa heç kim olmayıb. Hadisənin motivləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR