Oktyabrda Ceyhan limanından Azərbaycan neftinin nəqli 3% artıb

Oktyabrda Ceyhan limanından Azərbaycan neftinin nəqli 3% artıb
# 12 noyabr 2014 12:33 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin oktyabr ayı ərzində 2 495 968 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,36% çoxdur.

Bu həcmin 1 641 041 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.

Bu ilin yanvar-oktyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 24 594 844 ton təşkil edib. Bu, ötən ilin 10 ayı ilə müqayisədə 0,97% çoxdur.

Ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan (BTC) istismara verilən gündən bu il noyabr ayının 1-ə qədər Ceyhan limanından 257 738 758 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR