Qarabağın görkəmli xadimlərinə həsr olunmuş markalar buraxılıb

Qarabağın görkəmli xadimlərinə həsr olunmuş markalar buraxılıb
# 28 noyabr 2014 14:50 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “Azərmarka” şirkəti yeni marka seriyası nəşr etdirib.

RYTN-dən “APA-Economics”ə verilən məlumata görə, “Qarabağın görkəmli xadimləri” adlandırılan marka seriyasına 6 poçt markası daxildir.

Markaların üzərində ayrı-ayrılıqda Molla Pənah Vaqif, Xurşidbanu Natəvan, Əbdürrəhim Haqverdiyev, Bülbül, Üzeyir Hacıbəyov və Xan Şuşinskinin şəkilləri təsvir olunub.

Nəfis dizaynda hazırlanmış markaların birinin nominal dəyəri 50 qəpik təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR