”İRƏLİ” İctimai Birliyi “Mənim Gənclər Təşkilatım” layihəsinə başlayacaq

”İRƏLİ” İctimai Birliyi “Mənim Gənclər Təşkilatım” layihəsinə başlayacaq
# 29 oktyabr 2014 15:22 (UTC +04:00)

Təşkilatdan APA-ya verilən məlumata görə, “Mənim Gənclər Təşkilatım” ümumilikdə gənclər təşkilatının quruculuğu, onun strukturunun formalaşdırılması yönündə həyata keçirilən bir layihədir. Layihə çərçivəsində gənclər təşkilatının tam şəkildə fəaliyyət göstərməsi və inkişaf etməsi üçün lazım olan katibliklərdən ibarət komandalar formalaşacaq. Layihənin düşərgə formatında keçirilməsi nəzərdə tutulub.

7 region gənclərini əhatə edəcək layihənin əsas məqsədi təşkilatın quruculuğu, onun strukturu, işləmə mexanizmi, gənclərin maarifləndirilməsi və onların inkişafına dəstək olmaqdır. Layihə çərçivəsində yeni təlim modulunun yaradılması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR