Göygöl sakini dostu tərəfindən bıçaqlanıb

Göygöl sakini dostu tərəfindən bıçaqlanıb
# 04 dekabr 2014 09:40 (UTC +04:00)

Göygöl. Azər Məmmədli – APA. Göygöldə bıçaqlanma hadisəsi baş verib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, Göygöl rayon Mollacəlilli kənd sakini, 33 yaşlı Natiq Həsənov qarının, sol gicgahın və qoltuqaltı nahiyənin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat edilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Göygöl rayon Polis Şöbəsindən bildiriblər ki, N. Nəsənovun dostu tərəfindən bıçaqlandığı müəyyənləşib. Həmin şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR