Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri Almaniyada çıxış edəcək

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri Almaniyada çıxış edəcək
# 21 iyul 2014 08:57 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri avqustun 10-da Almaniyada keçiriləcək Opera Sənəti festivalının qala-konsertində çıxış edəcək.

Teatrdan APA-ya verilən məlumata görə, festivalda 38 ölkədən dəvət olunan vokal sənəti ulduzları, rejissor və dirijorların iştirakı gözlənilir.

Qala-konsertdə Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev və Fikrət Əmirovun əsərləri ifa olunacaq.

Orkestri festivalın bədii rəhbəri və baş dirijoru Korneliya fon Kerssenbrofk və Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcəklər.

Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrinin festivalda iştirakı Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə reallaşacaq.

Qeyd edək ki, teatrın simfonik orkestri sözügedən festivalda yeddinci dəfə iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR