Türkiyənin ilklər şəhəri - REPORTAJ - VİDEO

Türkiyənin ilklər şəhəri - <span style="color: red;">REPORTAJ  - <span style="color: red;">VİDEO
# 02 sentyabr 2014 15:49 (UTC +04:00)

3 saatdan bir qədər çox vaxt lazımdır. Ancaq sakinlər sürət qatardan istifadə etməklə mənzil başına daha tez çatırlar. Saatda 250 kilometr sürətlə hərəkət edən qatarla 1 saat 30 dəqiqəyə şəhərə çatdıq.

Körpüləri, çayları, gülləri, çiçəkləri ilə bəzən bir kəndi, bəzən də modern bir şəhəri xatırladan bir məkandayıq -Əskişəhərdə.

Sakinlərin dediyinə görə, şəhər 10 ildə o qədər dəyişib ki, görənlər tanımır. Burda illər öncə üfunət iyi verən Porsuq çayının çirkinə, zavodların tullantısına və rəngsiz olan heç nəyə rast gəlmək olmaz. Əskişəhər al-əlvan şəhərdir.

Porsuq çayı və Adalar Əskişəhərin ən gözəl və qələbəlik bölgələrinin başında gəlir.

Bu çay vaxtilə şəhərdə faciələrə yol açıb. 1950-ci ildə olduqca çirkli olan Porsuq çayının daşması Əskişəhərdə sel fəlakəti yaradıb. 50 min nəfər evsiz qalıb. 6 nəfər ölüb. Şəhərin bələdiyyə sədri Yılmaz Böyükerşən işinə başlayan zaman gördüyü ilk iş Porsuq çayını təmizlətdirmək olub. 2 metrə qədər palçıqla örtülmüş Porsuq çayının ətrafı indi hamı üçün ən arzu olunan yerdir. Çayın üzərində 26 körpü tikilib. Şəhər əhalisi və qonaqlar üçün qayıqla gəzintilər də təşkil olunur.

Əskişəhər Türkiyədə bir çox ilkə imza atan şəhərdir. Osmanlı imperiyası zamanında ilk verginin alınması, ilk xütbənin oxunması, Türk tarixinin ilk müasir xəritəsinin çəkilməsi, Türkiyənin ilk avtomobilinin hazırlanması bu şəhərlə bağlıdır. Həmçinin sürət qatarının istifadə olunduğu ilk şəhərdir. "Devrim" Türkiyənin ilk avtomobilidir. 1961-ci ildə prezident Camal Gürsəlin təlimatı ilə 4 ay yarıma ərsəyə gələn ilk türk avtomobildir.

800 min əhalisi olan şəhər həm də tələbə şəhəridir. Dünyanın bir çox ölkəsindən tələbələr Anadolu və Osman Qazi universitetində oxumaq üçün buraya gəlir. Elə Azərbaycandan da burda oxuyan tələbələr az deyil.

Əskişəhər hər tərəfi dolaşan tramvayları, heykəlləri, universitetləri, muzeyləri, teatrları, operaları ilə seçilən bir mədəniyyət ocağıdır. 2013-cü ildə Əskişəhər və Gəncənin qardaşlaması ilə bağlı protokol da imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR