Meksikada təyyarə qəzaya uğrayıb, 5 nəfər ölüb - VİDEO

Meksikada təyyarə qəzaya uğrayıb, 5 nəfər ölüb - <span style="color: red;">VİDEO
# 10 sentyabr 2014 20:28 (UTC +04:00)

Bakı-APA. Meksikanın Sinaloa ştatında yüngül motorlu təyyarənin qəzaya uğraması nəticəsində azı 5 nəfər ölüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, altı nəfərlik “Cessna” tipli təyyarə Quasave şəhəri yaxınlığında yerə düşərək yanıb.

Yerli hüquq-mühafizə orqanı nümayəndələri sərnişinlərin şəxsiyyətlərinin müəyyən edilməsində problem yarana biləcəyini bildiriblər. Buna səbəb kimi cəsədlərin yanaraq tanınmaz hala düşməsi göstərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR