Azərbaycan Alimlərinin I Qurultayının vaxtı dəqiqləşib

Azərbaycan Alimlərinin I Qurultayının vaxtı dəqiqləşib
# 23 sentyabr 2014 14:21 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu il dekabrın 19-da Bakıda Azərbaycan Alimlərinin I Qurultayı keçiriləcək.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, AMEA Rəyasət Heyətində təşkil olunan müşavirədə AMEA prezidenti, akademik Akif Əlizadə qurultayın tədbirlər planından bəhs edib.

O bildirib ki, planda işçi qrupunun yaradılması, yerli və xarici qonaqların müəyyənləşdirilməsi və onlarla müvafiq işlərin aparılması, qurultayın redaksiya heyəti və katibliyinin müəyyənləşdirilməsi və digər məsələlər yer alır.

Bundan əlavə, tədbirdə çıxış edəcək alimlərin məruzələrinin toplanması və “Azərbaycan alimlərinin I qurultayının materialları” adlı kitabın hazırlanması da nəzərdə tutulur. Qurultayın dövlət səviyyəsində təşkili məqsədi ilə ölkə rəhbərliyinə müraciət də ediləcək.

Tədbirdə dünyanın müxtəlif ölkələrindən azərbaycanlı alimlər, həmçinin respublika üzrə bütün elm və təhsil müəssisələrindən nümayəndələr iştirak edəcəklər. Qurultay Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR