Avstriya ATƏT sədrliyini Almaniya ilə birlikdə həyata keçirmək niyyətindədir

Avstriya ATƏT sədrliyini Almaniya ilə birlikdə həyata keçirmək niyyətindədir
# 04 noyabr 2014 17:21 (UTC +04:00)

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Avstriyanın kansleri Verner Fayman bildirib.

Onun sözlərinə görə, Avstriya Nazirlər Kabinetinin bugünkü iclasında qərara alınıb ki, ölkə 2017-ci ildə ATƏT-ə sədrlik etmək haqqında namizədliyini irəli sürsün. Eyni zamanda, bu ölkə Almaniya ilə birlikdə ATƏT çərçivəsində iki illik fəaliyyət planı tərtib etmək, prioritetlər müəyyən edərək birgə həllinə çalışmaq qərarı verib.

“Vyana beynəlxalq danışıqlar üçün vacib meydanlardan biridir və mən bu qərarı doğru hesab edirəm”, - deyə kansler V.Fayman bildirib.

Qeyd edək ki, Almaniya ATƏT sədrliyini Polşa ilə ardıcıl şəkildə gerçəkləşdirmək və namizədliyini bu ölkə ilə birlikdə irəli sürmək istəyirdi, amma Varşava maddi səbəblərə görə bu ideyadan imtina edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR