“Bank VTB (Azərbaycan)” Bakıda filial şəbəkəsini genişləndirir - FOTO

“Bank VTB (Azərbaycan)” Bakıda filial şəbəkəsini genişləndirir - <span style="color: red;">FOTO
# 22 avqust 2014 13:53 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Bank VTB (Azərbaycan)”nın Bakıda yeni filialı fəaliyyətə başlayıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, yeni filial Bakı şəhərinin Nəsimi rayonunda, Azadlıq prospekti 92 ünvanında yerləşir.

“Azadlıq” filialında fiziki və hüquqi şəxslər geniş çeşidli bank xidmətlərindən istifadə edə bilərlər.

Filialın açılış mərasimində “Bank VTB (Azərbaycan)” ASC-nin İdarə Heyətinin və Müşahidə Şurasının üzvləri, həmçinin “VTB Qrup”unun nümayəndələri iştirak ediblər.

Rusiyanın “Bank VTB” ASC-nin böyük vitse-prezidenti, Törəmə şirkətlər departamentinin rəhbəri Mixail Yakunin bildirib ki, “VTB Bank” Azərbaycanda filial şəbəkəsini daha da genişləndirəcək: “2014-cü ilin sonunadək həm Bakıda, həm də regionlarda daha 8 satış nöqtəsi istifadəyə veriləcək və Azərbaycanda biznes fəaliyyəti aktivləşdiriləcək. Sevindirici haldır ki, açılış günündə filialda xeyli sayda ilk müştərilər var. Və bu bankın məhsullarına əhali tərəfindən yüksək tələbatın göstəricisidir. Hazırda yeni satış nöqtələrimizin gəlirliliyi plan üzrə nəzərdə tutulmuş göstəriciləri xeyli üstələyir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR