Azərbaycan prezidenti Xızıda inşa edilmiş 25 fərdi evdə yaradılan şəraitlə tanış olub - FOTO

Azərbaycan prezidenti Xızıda inşa edilmiş 25 fərdi evdə yaradılan şəraitlə tanış olub - <span style="color: red;">FOTO
# 22 iyul 2014 12:29 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Xızı şəhərində inşa edilmiş 25 fərdi evdə yaradılan şəraitlə tanış olub.

APA-nın məlumatına görə, bildirilib ki, bu yeni massivin sakinlərinin əvvəlki evləri rayonda müxtəlif illərdə baş vermiş ekzogen proseslər, o cümlədən qeyri-normal yağıntı, torpaq sürüşməsi, çökmə nəticəsində yaşayış üçün yarasız vəziyyətə düşüb.

İkimərtəbəli evlərdə hər cür şərait yaradılıb. Dördotaqlı evlərin hər birinin 7 sot həyətyanı torpaq sahəsi var. Yeni massiv bütün infrastrukturla təchiz edilib. Ərazidə geniş abadlıq işləri görülüb, istirahət guşəsi və uşaq əyləncə meydançası yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR