“BP Azərbaycanda. Davamlı inkişaf haqqında hesabat 2013” adlı nəşr təqdim edilib - FOTO

“BP Azərbaycanda. Davamlı inkişaf haqqında hesabat 2013” adlı nəşr təqdim edilib - <span style="color: red;">FOTO
# 25 iyul 2014 15:06 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün “BP-Azerbaijan” şirkəti “BP Azərbaycanda. Davamlı inkişaf haqqında hesabat 2013” adlı hesabat xarakterli nəşrini təqdim edib. “APA-Economics” xəbər verir ki, sayca 11-ci olan bu nəşrdə 2013-cü ildə beynəlxalq şirkətin Azərbaycanda həyata keçirdiyi davamlı inkişaf fəaliyyətinə dair məlumatlar öz əksini tapıb.

Belə ki, “BP-Azerbaijan” şirkəti “BP Azərbaycanda. Davamlı inkişaf haqqında hesabat 2013” adlı nəşrdə ilk olaraq “Əsrin müqaviləsi” də daxil olmaqla, şirkətin Azərbaycandakı fəaliyyətinin tarixi ardıcıllığını təqdim edib.

Hesabatın nailiyyətlər və çətinliklər bölməsində BP-nin 2013-cü ildə Azərbaycanda əldə etdiyi uğurlar və üzləşdiyi çətinliklərin xülasəsi ilə tanış olmaq mümkündür.

“BP Azərbaycan-Gürcüstan-Türkiyə regionunda” bölməsində Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) 1995-2013-cü illərdə “Azəri-Çıraq-Günəşli”, “Bakı-Tbilisi-Ceyhan”, “Şahdəniz” yataqları və “Cənubi Qafqaz Borukəməri” layihəsinə əsaslı xərclərinin ümumi həcminin 43,1 mlrd. dollar təşkil etdiyi qeyd olunub. Nəşrdə bu layihələr üzrə ayrı-ayrılıqda geoloji kəşfiyyat işləri, hasilat həcmi, kompleks təchizat və ticarət, əməliyyat xərclərinə dair məlumatlar açıqlanıb.

“Əməliyyatlarımız” bölməsində BP-nin dənizdə operator olduğu Azərbaycanın əsas karbohidrogen yataqlarında gördüyü işlər və nəzərdə tutulan planlardan bəhs edilir. Bu bölmədə qeyd edilib ki, yeni Cənubi Qafqaz Dəhlizi açmaqla Avropa bazarlarını qaz təchizatı və enerji təhlükəsizliyi ilə təmin etmək üçün “Şahdəniz Mərhələ 2” layihəsi irəli aparılacaq, regiona yeni texnologiyalar gətiriləcək, habelə seysmik məlumatların interpretasiyasını başa çatdıraraq, ilk kəşfiyyat quyusunun planlaşdırılmasına başlanılacaq.

“BP Azərbaycanda. Davamlı inkişaf haqqında hesabat 2013” adlı hesabatda şirkətin əməliyyat sistemləri, əməliyyatların mühafizəsi, işçi heyətinin idarə edilməsi, əməyin təhlükəsizliyi, ətraf mühit kimi məsələlərə dair məlumatlar da öz əskini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR