Daşkənddə “Böyük İpək Yolu Azərbaycan və özbək rəssamlarının gözü ilə” adlı rəsm sərgisi açılıb

Daşkənddə “Böyük İpək Yolu Azərbaycan və özbək rəssamlarının gözü ilə” adlı rəsm sərgisi açılıb
# 28 noyabr 2014 15:00 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Daşkənddə “Böyük İpək Yolu Azərbaycan və özbək rəssamlarının gözü ilə” adlı rəsm sərgisinin açılışı olub.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində açılan sərgidə "Böyük İpək Yolu" haqqında qısametrajlı sənədli film nümayiş etdirilib.

Özbəkistan Rəssamlıq Akademiyasının prezidenti, xalq rəssamı Akmal Nur çıxışında bu cür sərgilərin hər iki tərəf üçün faydalı olduğunu və Azərbaycan rəssamlarının əsərlərinin Özbəkistanda böyük maraq doğurduğunu bildirib.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev isə iki ölkə arasında bütün sahələrdə əlaqələrin inkişafından söz açıb, Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın siyasi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini qeyd edib.

Öz növbəsində Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov bildirib ki, tanınmış Azərbaycan rəssamları Səttar Bəhlulzadə, Maral Rəhmanzadə, Toğrul Nərimanbəyov, Ərtegin Salamzadə, Elbəy Rzaquliyev, Hüseyn Haqverdiyev və digər fırça ustalarının əsərləri Özbəkistana gətirilib və sərgidə nümayiş etdirilir.

Azərbaycan tərəfi ilə yanaşı sərgidə Özbəkistan tərəfindən tanınmış rəssamlar Akmal Nuriddinov, Sabir Raxmedov, Cablan Umirbekov, Baxadur Calalov və digər sənətkarların rəsmləri yer alıb.

Sərgidə iki ölkə rəssamlarının 80-dən artıq əsəri nümayiş etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR