Gürcüstanda azərbaycanlı tələbə-jurnalist milli azlıqlar arasında keçirilən müsabiqənin qalibi olub - FOTO

Gürcüstanda azərbaycanlı tələbə-jurnalist milli azlıqlar arasında keçirilən müsabiqənin qalibi olub - <span style="color: red;">FOTO
# 24 oktyabr 2014 00:41 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tələbə-jurnalist müxtəlif milli azlıq nümayəndələri olan 30 nəfər tələbə arasında keçirilən "İctimai jurnalistikanın inkişafı" adlı müsabiqənin qalibi olub.

Müsabiqə qalibi Ceyhun Narzalov APA-ya açıqlamasında müsabiqənin şərtlərinə görə, tələbə-jurnalistlərə maraqlı bloqlar yazmaq və ya süjet hazırlayıb nümayiş etdirmək lazım olduğunu bildirib: "Mən süjet seçib çəkməyi qarşıma məqsəd qoydum və son aylar Gürcüstanda aktual bir mövzuya çevrilən "Erkən evlilik" və "Regionda gürcü dilinə maraq" adlı sənədli filmlər çəkdim. Münsiflər heyəti II və III yerləri erməni tələbə-jurnalist qızlara layiq gördülər. Düşünürəm ki, gələcəkdə daha əzmlə çalışacaq və uğurlarımın sayını artıracağam," tələbə-jurnalist vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR