Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin nəticələri açıqlanıb - YENİLƏNİB

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin nəticələri açıqlanıb - <span style="color: red;">YENİLƏNİB
# 14 avqust 2014 09:39 (UTC +04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən məlumata görə, abituriyentlər ixtisas seçiminin nəticələri ilə TQDK-nın internet saytında tanış ola və ya mobil telefonla öyrənə bilərlər. Bunun üçün onlar iş nömrələrini (bütün mobil operatorlardan) 7727 nömrəsinə göndərməlidirlər.

Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 888 nəfər, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 5629 nəfər qəbul olub.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olanların siyahısı “Abituriyent” jurnalının 9-cu sayında, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı isə Abituriyent” jurnalının 10-cu sayında dərc olunacaq.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər avqustun 15-dən 28-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.

***

Saat 10:41

Bakı. Gülnar Bəşirova - APA. Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçimi başa çatıb.

Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

9156 abituriyent qəbul olunmaq istədiyi ixtisasları seçərək elektron ərizəsinə daxil edib və təsdiqləyib.

Qeyd edək ki, ixtisas seçiminin nəticələrinin yaxın vaxtlarda elan olunması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR