“DəmirBank” plastik kart sahibləri üçün xüsusi aksiya keçirir

“DəmirBank” plastik kart sahibləri üçün xüsusi aksiya keçirir
# 14 avqust 2014 09:27 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “DəmirBank” “VISA Gold” və “Platinum” kart sahibləri üçün xüsusi geri ödəmə (cash back) aksiyasına start verib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Visa Gold” və “Visa Platinum” kartları ilə nağdsız ödənişlərin uyğun olaraq “VISA Gold” sahiblərinə 0,7%-i, “VISA Platinum” sahiblərinə isə 1,5%-i kart hesabına geri qayıdır.


Aksiya üzrə hesablaşmalar hər ay həyata keçirilir və kart sahibi bu barədə SMS-bildiriş alır. Bu aksiya nağd pul əməliyyatlarına və Card-to-Card köçürmələrinə şamil olunmur.

“DəmirBank” kart sahiblərinə Card-to-Card köçürmələri, SMS-Bankçılıq, İnternet-Bankçılıq və Telefon-Bankçılıq xidmətləri, kartla https://billpay.demirbank.az səhifəsində kommunal, mobil və stasionar rabitə, internet, kabel TV ödənişləri və sair xidmətlər təqdim edir. Bankın kart sahibləri “İl Boyu Endirimlər” proqramı üzrə ölkənin müxtəlif ticarət və xidmət mərkəzlərində endirimlər də əldə edə bilər. ”DəmirBank” Azərbaycanda ən geniş çeşiddə valyuta ilə (Azərbaycan manatı, ABŞ dolları, avro, Böyük Britaniya funtu, Türkiyə lirəsi və BƏƏ dirhəmi) kartlar təqdim edir.

Ölkənin ilk kommersiya banklarından olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. “DəmirBank” Fitch Ratings və Planet Rating agentliklərinin “stabil” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR