Mingəçevirin içməli su təchizatı və kanalizasiya infrastrukturunun böyük hissəsi yenidən qurulub

Mingəçevirin içməli su təchizatı və kanalizasiya infrastrukturunun böyük hissəsi yenidən qurulub
# 14 avqust 2014 08:32 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Azərsu” ASC dövlət büdcəsi hesabına maliyyələşdirilən layihə çərçivəsində Mingəçevir şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlərin böyük hissəsini yekunlaşdırıb.

Cəmiyyətdən “APA-Economics”ə verilən məlumata görə, icrasına 2011-ci ilin oktyabrında başlanmış “Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin yenidən qurulması layihəsi” 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla 151 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

Layihəyə əsasən, Mingəçevir şəhərinə içməli suyun özüaxımlı rejimdə verilməsi üçün hər birinin tutumu 10 min kubmetr olan 3 ədəd su anbarı tikiləcək. Şəhərin su və kanalizasiya şəbəkələri tamamilə yenidən qurulur. Ümumi uzunluğu 275 km olan şəhərdaxili su şəbəkəsinin 180 km-lik hissəsində işlər başa çatmış 7 100 ünvana birləşmələr verilib.

Bununla paralel olaraq, 232 km kanalizasiya şəbəkəsinin isə 70 km-lik hissəsində işlər yekunlaşıb. Gələcəkdə suları şəhərin kənarında tikiləcək və məhsuldarlığı sutkada 60 min kubmetr layihələndirilən çirkab sutəmizləyici qurğuda təmizlənərək zərərsizləşdiriləcək.

İçməli su və kanalizasiya xidmətlərindən istifadənin dəqiq uçotunun aparılması məqsədi ilə smart-kart tipli sayğacların quraşdırılması da davam etdirilir, İndiyə qədər 30 211 abunəçinin 3 500-i sayğacla təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR