Azərbaycanın Pakistandakı səfirliyi İslamabadda təşkil olunmuş xeyriyyə bazarında iştirak edib - FOTO

Azərbaycanın Pakistandakı səfirliyi İslamabadda təşkil olunmuş xeyriyyə bazarında  iştirak edib - <span style="color: red;">FOTO
# 08 dekabr 2014 07:23 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın Pakistandakı səfirliyi dekabrın 7-də İslamabad şəhərində Pakistan Xarici İşlər Nazirliyinin Qadınlar Assosiasiyası tərəfindən İslamabadda təşkil olunmuş xeyriyyə bazarında iştirak edib.


Səfirlikdən APA-ya verilən məlumata görə, Pakistan paytaxtının Serena mehmanxanasında təşkil olunmuş bazarda Pakistanın birinci xanımı Mahmooda Mamnun, baş nazirin xarici işlər və təhlükəsizlik üzrə müşaviri Sərtac Əziz, xarici işlər üzrə dövlət naziri Tariq Fatemi, xarici işlər katib Aiziaz Çoudri, senatorlar, Milli Assambleyanın deputatları, digər qurumların nümayəndələri, jurnalistlər iştirak ediblər.
Bazarda İslamabadda akkreditə olunmuş səfirliklər öz ölkələrinin tarixi, mədəniyyəti, adət-ənənələri ilə bağlı müxtəlif milli məişət əşyaları, suvenirlər, həmçinin milli mətbəx nümunələri nümayiş etdiriblər.

Serena mehmanxanasındakı Azərbaycan guşəsində İçərişəhər, Şirvanşahlar sarayı, Qız Qalası, Şəki xanlarının sarayı, Nizami məqbərəsi, Mömünə Xatun türbəsi, həmçinin Bakının qədim və müasir abidələrinin maketləri, Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş nəşrlər, Azərbaycanın iqtisadi inkişafından və mədəni həyatından, Azərbaycan-Pakistan dostluq münasibətlərindən bəhs edən kitablar nümayiş etdirilib. Həmin eksponatların xeyriyyə məqsədi üçün satışı təşkil edilmişdir. Azərbaycan guşəsində olan ziyarətçilər Azərbaycanın zəngin mətbəxinin nümunələri ilə tanış olublar.

Pakistanın birinci xanımı, baş nazirin müşaviri, xarici işlər üzrə dövlət naziri və katibi Azərbaycan guşəsinə gələrək ölkəmizin iqtisadi inkişafına dair kitablarla maraqlanıb, suvenirlərə, müxtəlif eksponatlara və Azərbaycanın milli şirniyyatları ilə tanış olub. Guşədə olan qonaqlar Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarovla söhbətlərində iki ölkələrin dostluq münasibətlərini qeyd edib, xalqlarımızın mədəni bənzərlikləri haqqında danışıblar. Onlar sərgidə fəal iştirak etdiyinə görə Azərbaycan səfirliyinin kollektivinə təşəkkürünü bildiriblər.

Satışlardan əldə olunmuş vəsait Pakistan xeyriyyə fonduna köçürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR