Gəncədə yolu keçmək istəyən ər-arvadı maşın vurub öldürüb - FOTO - VİDEO

Gəncədə yolu keçmək istəyən ər-arvadı maşın vurub öldürüb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 21 sentyabr 2014 21:43 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə sentyabrın 21-də saat 22 radələrində şəhərin Heydər Əliyev prospektində baş verib.

Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Məmmədov Fərid idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən ər-arvad, Gəncə şəhər sakinləri, 56 yaşlı Fazil Verdiyev və 53 yaşlı Nazlı Verdiyevanı vurub.

F. Verdiyev hadisə yerində, N. Verdiyeva isə xəstəxanaya aparılarkən yolda ölüb.

F. Məmmədovun idarə etdiyi maşın daha sonra idarəetmədən çıxaraq yolda hərəkətdə olan “Hyundai” və yolun kənarında dayanmış digər “Mercedes” markalı avtomobillərə dəyib. Hər iki avtomobil zədələnib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR