ABŞ  Ukraynaya 7 milyon dollar maliyyə yardımı edəcək

ABŞ  Ukraynaya 7 milyon dollar maliyyə yardımı edəcək
# 29 iyul 2014 13:15 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva - APA. ABŞ Ukraynanın hərbi əməliyyatlardan zərər çəkmiş Donbas regionuna 7 milyon dollar maliyyə yardımı ayıracaq.

APA-nın “Ukrinform”-a istinadən verdiyi xəbərə görə, Ağ Evə istinadən verilən məlumatda bildirilir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Co Bayden Ukraynanın baş naziri Arseniy Yatsenyuk ilə telefon söhbətində deyib.

Bu vəsait Beynəlxalq Qırmızı Xaç Komitəsi və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Şərqi Ukraynada əhaliyə tibbi yardım, içməli su ilə təminat və kiçik bərpa layihələrinə ayrılacaq.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın Ukraynadakı səfirliyi Donbas sakinlərinin ən vacib ehtiyaclarını təmin etmək üçün 50 000 ABŞ dolları dəyərində yardım etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR