Bakıda kişi həyat yoldaşını bıçaqlayıb

 Bakıda kişi həyat yoldaşını bıçaqlayıb
# 13 sentyabr 2014 07:15 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda bıçaqlanma hadisəsi baş verib.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, sentyabrın 13-ü saat 06:15 radələrində Mərdəkan qəsəbəsi Pioner küçəsində yaşayan Pərvin Əliyeva bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən, zərərçəkmişin həyat yoldaşı Taleh Əliyev Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR