Bakıda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas olunub

Bakıda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas olunub
# 09 dekabr 2014 01:21 (UTC +04:00)

Bakı-APA. Bakının Nəsimi rayonunda bir nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açaraq azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 23:49-da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR