Azərbaycanda su ehtiyatların idarə olunması üçün strategiyanın hazırlanır

Azərbaycanda su ehtiyatların idarə olunması üçün strategiyanın hazırlanır
# 03 oktyabr 2014 14:11 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bakıda Asiya İnkişaf Bankı (AİB) və Multi-Donor Trust Fondu tərəfindən maliyyələşdirilmiş texniki yardım çərçivəsində Azərbaycanda su ehtiyatların idarə olunmasına dair strategiyanın hazırlanması üçün məsləhətləşmə seminarı keçirilib.

APA-Economics” AİB-in yaydığı məlumata istinadən bildirir ki, 35 nəfərin iştirakı ilə baş tutan seminarda Milli Məclisin, Fövqəladə Hallar, Kənd Təsərrüfatı, İqtisadiyyat və Sənaye, Ekologiya və Təbii Sərvətlər nazirliklərin, bir sıra dövlət təşkilatların, beynəlxalq inkişaf agentliklərin, vətəndaş cəmiyyəti təşkilatların nümayəndələri və elm adamları iştirak ediblər. Seminara su ehtiyatları üzrə AİB-in baş mütəxəssisi Axtar Əlinin başçılıq etdiyi beynəlxalq məsləhətçilərdən ibarət qrup qatılıb.

Azərbaycan su ehtiyatları qıt olan ölkələr siyahısına daxildir. Ölkənin su ehtiyatların 70%-i Azərbaycan ərazisinə qonşu ölkələrdən daxil olur. Bu isə öz növbəsində ölkəyə daxil olan suyun keyfiyyətinin aşağı olması, çaylarda su səviyyəsinin azalması və s. kimi problemlər yaradır. Buna görə su ehtiyatların düzgün idarə olunması Azərbaycan hökuməti üçün vacibdir. AİB-in ayırdığı texniki yardım Azərbaycanın Su Ehtiyatları Dövlət Agentliyinə su ehtiyatların idarə olunması üçün strategiyanın hazırlanmasında köməklik etmək məqsədi daşıyır.

Seminar Azərbaycan, Qırğızıstanı, Tacikistan və Özbəkistanda su ehtiyatların idarə olunması strategiyaların hazırlanması nəticəsində bu ölkələrdə su problemin aradan qaldırılması, su istehlakın daha səmərəli olması və kənd təsərrüfatın məhsuldarlığının artırılması məqsədilə qəbul olunan regional proqramın bir hissəsidir.

Qeyd edək ki, Manilada yerləşən AİB əhatəli iqtisadi artım, ekoloji cəhətdən dayanıqlı inkişaf və regional inteqrasiya vasitəsilə Asiya və Sakit okean regionunda yoxsulluğun azaldılmasına çalışır. AİB 1966-cı ildə yaradılıb, 48 ölkə Asiya və Sakit okean regionundan olmaqla 67 üzv ölkədən ibarətdir. 2013-cü ildə AİB-ın ümumi yardımı 21 mlrd. dollar olub, o cümlədən 6,6 mlrd. dollar birgə maliyyələşdirməyə yönəldilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR