Müsavat MNTK Qubad İbadoğlunun arayışına rəy verib

Müsavat MNTK Qubad İbadoğlunun arayışına rəy verib
# 30 oktyabr 2014 16:46 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bu gün Müsavat Partiyasının Mərkəzi-Nəzarət Təftiş Komissiyasının (MNTK) iclasında başqanlığa sabiq namizəd Qubad İbadoğlunun qurultaydakı pozuntularla əlaqədar təqdim etdiyi arayışa baxılıb.

MNTK sədri Sevinc Hüseynova APA-ya açıqlamasında bildirib ki, təqdim edilən arayış araşdırılıb və heç bir nizamnamə pozuntusuna rast gəlinməyib: “Bütün iradlar sənədlərlə tədqiq edilib, hər hansı nizamnamə pozuntusu yoxdur”.

Xatırladaq ki, sentyabrın 27-də Müsavat Partiyasının VIII qurultayı keçirilib. Arif Hacılı 228 səslə başqan seçilib. Q. İbadoğlu isə 200 səslə ikinci olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR